Qusarda narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib. Bu haqda 21 aprel tarixində ShimalNews məlumat verir.
Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi 2 saylı orta məktəbin 7-ci və 8-ci sinif şagirdləri ilə görüşüb. “Gələcəyi məhv edən bəla” mövzusunda baş tutan tədbirdə muzeyin əməkdaşları məktəblilərə tütün məmulatları, spirtli içkilər və sairə kimi sağlamlığa zərər vuran pis vərdişlərin insan orqanizminə və cəmiyyətə ziyanlarından danışıb.
Sonda yeniyetmələrə “Bir dəfə” adlı film nümayiş olunub.