Qusarda "Yaşayan və Yaşadan Lider" adlı tədbir keçirilib. Bu barədə ShimalNews 10 dekabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Tədbir MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anım gününə həsr olunub. Şöbənin müdiri Südabə Bağıyeva və digər iştirakçılar öz çıxışlarında ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərdən danışıblar.
Sonda kitabxananın fəal oxucularının ifasında "O, Heydər Əliyevdir" adlı ədəbi-bədii kompozisiya təqdim edilib.