Qusar rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 26 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Yasaboba kəndində bələdiyyəyə aid ərazidə 5 ha biçilmiş taxıl sahəsi və orada yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.