Qusar Dövlət Ləzgi Dram Teatrı M.F.Axundzadənin "Hekayəti- Xırs Quldurbasan" əsərini nümayiş etdirəcək. Bu barədə ShimalNews 2 dekabr tarixində məlumat verir.
Dekabrın 7-si saat 14:00-da teatrsevərlər tamaşaya baxmağa dəvətlidirlər. Əsər Sumqayıt Dövlət Dram Teatrının səhnəsində canlandırılacaq.