Qusarlı idmançı Fəridə Əzizova 5-ci İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. Bu barədə ShimalNews 10 avqust tarixində Azərbaycan Taekvondo Federasiyasına istinadən məlumat verir.
Türkiyənin Konya şəhərində keçirilən yarışda taekvondoçu Fəridə Əzizova 67 kq çəkidə qazaxıstanlı Feruza Yergeşovaya qalib gəlib.
Turnir bu ayın 18-dək davam edəcək.