Qida Təhlükəsizliyi Agentliyi Qusarda ticarət obyektlərində yoxlamalar həyata keçirilib. Bu barədə ShimalNews 16 dekabr tarixində agentliyə istinadən məlumat verir.
Monitorinq zamanı K.Marks küçəsində yerləşən "Ruzi" marketində qayda pozuntuları aşkar edilib. Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsanlar aşkarlanıb.
Obyekt sahibinə qarşı qanunamüvafiq tədbirlər görülüb.