Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib. Bu barədə ShimalNews 19 avqust tarixində idarəyə istinadən məlumat verir.
Görüş Qusar şəhər 6 nömrəli tam orta məktəbdə baş tutub. Rüfət Hacıyev vətəndaşların müraciətlərini dinləyib. Bir çox məsələlər yerindəcə həll edilib, sorğu xarakterli müraciətlərə izahatlar verilib.
Bəzi sorğular isə araşdırılması üçün nəzarətə götürülüb.