Qusarda qadın yaşadığı evdə özünə qəsd edib. Bu haqda ShimalNews 9 dekabr tarixində Lent.az-a istinadən məlumat verir.
Hadisə rayonun İmamqulu kəndində baş verib. 56 yaşlı Həvizə Səfərova özünü yataq otağının qapısından asaraq həyatına son qoyub.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik bilinmir.