Qusarda şəhid Orxan İsmayılov və Amrid Yunusov haqqında bəhs edən filmlər təqdim edilib. Bu haqda ShimalNews 7 noyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbdə baş tutub. "Müzəffər Əsgərimiz" adlı sənədli filmlərin məktəblilərə göstərilməsinin məqsədi Vətən müharibəsi şəhidlərini daha yaxından tanımaq və onların əziz xatirəsini yad etməkdir.
Film "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə çəkilib.