Qusarda məktəblilər "Narkomaniyaya qarşı birgə olaq!" mövzusunda maarifləndiriliblər. Bu haqda ShimalNews 14 mart tarixində məlumat verir.
Tədbirdə çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə də söhbət açıblar, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Sonda narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Bəla" adlı film nümayiş olunub.
Maarifləndirici görüşdə rayon ictimaiyyətinin nümayəndələri, polis əməkdaşları, mədəniyyət müəssisələrinin işçiləri və gənc idmançılar iştirak ediblər.