Qusarda məktəb ərazisində iməcilik aparılıb. Bu barədə ShimalNews 29 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
İşlər Urva kənd tam orta məktəbində “Ailə-İcma-Məktəb” layihəsi çərçivəsində baş tutub. Məktəblilər valideynlərlə bərabər məktəbin ətrafında və həyətyanı sahəsində təmizlik işləri apararaq həmin sahələri çürümüş yarpaqlardan və zibillərdən təmizləyiblər.