Qusar rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 25 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Kuzunqışlaq kəndində həyətyanı sahədə 5.5 ton ot bağlamasının 3 tonu və yaxınlıqdakı 1 ha sahədə quru ot, kol-kos yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.