Qusarda yanğın baş verib. Bu barədə ShimalNews 3 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Köhnə Xudatqazmalar kəndində qeydə alınıb. Burada ümumi sahəsi 160 kv.m olan köməkçi tikilinin dam örtuyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Tikilinin içərisinə yığılan ot bağlamasının 1 tonu kül olub.
Əraziyə cəlb olunan yanğınsöndürənlər tikilinin və 2 ton ot bağlamasını yanğından mühafizə edə biliblər.