Qusar rayonu İmamqulukənd məktəbinin şagirdləri üçün növbəti onlayn konsultasiya keçiriləcək. Bu haqda ShimalNews 14 dekabr tarixində Resource HUB-a istinadən məlumat verir.
Tədbir dekabrın 15-i "İncəsənət özünüinkişaf vasitəsi kimi” layihəsi çərçivəsində baş tutacaq. Onun aparıcısı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Gəncə Regional Qadın Mərkəzi”nin rəhbəri Məleykə Əlizadə olacaq.
Əlavə məlumat üçün telefon nömrəsi: 050 591 00 74.