Qusarlı gənclər üçün "CV center" layihəsi keçiriləcək. Bu barədə ShimalNews 5 sentyabr tarixində GİKM Qusar nümayəndəliyinə istinadən məlumat verir.
GİKM nümayəndəliyinin direktoru Zarina Apayevanın təqdimatında 3 həftə ərzində 3 görüş baş tutacaq. Bu zaman “CV-nin strukturu nələrdən ibarətdir?”, “E-poçt yazışmaları”, “Meyllərin növləri”, “Müsahibə mərhələsi” mövzuları haqqında məlumat veriləcək, CV yazmaq üçün faydalı saytlar gənclərə təqdim olunacaq.
Layihənin ilk görüşü sentyabrın 7-si saat 12:00-da baş tutacaq. İştirak etmək istəyənlər link üzrə qeydiyyatdan keçməlidirlər.