Qusarda keçirilən gənc mühəndislərin yay düşərgəsi başa çatıb. Bu barədə ShimalNews 24 avqust tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Olimpiya İdman Kompleksində təşkil edilən düşərgədə "Mexatronika", "Pilotsuz uçuş aparatları və onların proqram təminatı", "Mühəndislik ixtisası üzrə xaricdə təhsil", "İqlim dəyişikliyi", "Bioplastiklər", "Kainat nöqtədən bu günə" və digər təlimlər keçirilib.
Düşərgə zamanı gənclər üçün intellektual-əyləncəli oyunlar, stolüstü tennis, voleybol, dama, şahmat yarışları təşkil edilib.