Qusar Dövlət Ləzgi Dram Teatrı “Milli klassika” festivalındakı çıxışına görə xüsusi diplom ilə təltif olunub. Bu barədə ShimalNews 17 dekabr tarixində teatra istinadən məlumat verir.
Festival Teatr Xadimləri İttifaqının 125 illiyinə həsr olunub. Burada Qusarı təmsil edən heyət Sabit Rəhmanın “Hicran” tamaşasını səhnələşdirib.
Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı isə Şaik Qardaşovdur.
Rollarda Bağır Əhmədov, Həsrət Nəsrullayev, Lalə Qurbanova, Şəküfə Mirzəağayeva, Tofiq Mustafayev, Kəmalə Səfərova, Pirvərdi Pirvərdiyev, Namik Mustafayev, Emma Xeyirbəyova, Diana Cəfərova, Ramella Rzayeva və Bədəl Bədəlov olublar.