Qusar Dövlət Ləzgi Dram Teatrı diplomla təltif olunub. Bu haqda ShimalNews 15 dekabr tarixində teatra istinadən məlumat verir.
Teatr II "4.4 Qısa Tamaşalar Festivalı"nda iştirakına görə mükafatlandırılıb. Ləzgi Dram Teatrı baş rejissor Əliyar Əliyevin səhnələşdirdiyi qazax dramaturqu Murat Kolqanatın “Poni” əsəri ilə festivalda iştirak edib.
Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.Az sənət portalı tərəfindən birgə təşkil edilib.