Qusar rayonunda yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews 19 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Aşağı Ləgər kəndində bələdiyyəyə aid ərazidə 35 ha biçilmiş taxıl sahəsi, 0.5 ha sahədə quru ot, kol-kos və 0.2 ha sahədə məişət tullantıları yanıb.
Əraziyə FHN-in bölmələri cəlb edilib. Onlar alovu söndürüb və yaxınlıqdakı fermaları yanğından mühafizə ediblər.