Qusarda yaşayış olan ərazinin yaxınlığında geniş sahə yanıb. Bu barədə ShimalNews 22 avqust tarixində məlumat verir.
Hadisə avqustun 21-i Asəf Mehman küçəsində baş verib. Yanğını söndürmək üçün FHN-in bölmələri cəlb edilib.
Yanğın söndürülüb, ətrafdakı evlər mühafizə olunub.