Qusar rayonunun İmanqulukənd kəndi ərazisində yanğın baş verib. Bu barədə ShimalNews 18 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə nəticəsində bələdiyyəyə aid ərazidə 6 ha biçilmiş taxıl sahəsi, 1 ha quru ot sahəsi və 40 ədəd ağac, Meşə təsərrüfatı mərkəzinə aid ərazidə 2 ha quru ot sahəsi və qurumuş ağac kötükləri yanıb.
Meşə zolağı yanğından mühafizə olunub. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.