top
Qubalı alimin adı kosmosda əbədiləşdirildi
13 avqust 2025, 18:00
- ↺ +

Qubalı alimin adı kosmosda əbədiləşdirildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq Astronomiya İttifaqının (BAİ) qərarına əsasən kiçik planetlərdən birinə məşhur astrofizik alim, fizika-riyaziyyat elmləri namizədi Faiq Musayevin adı verilib.

Beynəlxalq Astronomiya İttifaqından Shimal.News-a bildirilib ki, kataloq nömrəsi 553035 olan asteroid 2011-ci il yanvarın 10-da Timur Kryaçko və Boris Satovski tərəfindən Zelençuk stansiyasında kəşf edilib. Hərəkət zonası Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağı olan bu kiçik planet cari ilin birinci rübünədək şərti olaraq 2011 AM34 adlandırılıb.

Faiq Adil oğlu Musayev 19 avqust 1959-cu ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib və gənc mütəxəssis kimi Kosmik Tədqiqatlar İnstitutunda əmək fəaliyyətinə başlayıb.

1982-ci ildən Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi vəzifəsinə işə qəbul edilib. Burada uzun illər boyunca elmi fəaliyyətlə məşğul olmuş alim 1992-ci ildə dünyanın ən məşhur astrofizika mərkəzlərindən biri olan Rusiya Elmlər Akademiyasının Xüsusi Astrofizika Rəsədxanasında dissertasiya işini uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.

1995-ci ildən öz xahişi ilə Şamaxı Astrofizika Rəsədxanasından işdən çıxıb və həmin ildən Xüsusi Astrofizika Rəsədxanasında elmi fəaliyyətini davam etdirib. Faiq Musayev orada fəaliyyət göstərdiyi müddət ərzində teleskoplar üçün spesifik elektron işıqqəbuledicilərinin yığılması ilə bağlı böyük təcrübə qazanıb, optik cihazların yığılmasında yüksək kvalifikasiyalı eksperimentator-spektroskopist kimi özünü təsdiq edib. Onun Rusiya, Polşa, Bolqarıstan və Türkiyə kimi ölkələrin rəsədxanalarındakı teleskoplar üçün yığdığı cihazlar böyük müvəffəqiyyətlə sınaqdan keçib və özünü doğruldub. Alimin hazırladığı cihazlarda alınmış yüksəkkeyfiyyətli müşahidə materialları əsasında müxtəlif müəlliflər tərəfindən maraqlı nəticələr alınıb.

Qeyd edək ki, Faiq Musayevin Şamaxı Astrofizika Rəsədxanası ilə Xüsusi Astrofizika Rəsədxanası arasında əlaqələrin genişləndirilməsində, Rəsədxana teleskoplarında qurulan optik cihazların hazırlanmasında da xüsusi xidmətləri olub.

 

Son xəbərlər

İdman
Bu gün, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
Bu gün, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər