top
Qubada yol nişanları gizlənqaç oynayır: sürücülər çaşqın vəziyyətdə
13 yanvar 2026, 18:30
- +

Qubada yol nişanları "gizlənqaç" oynayır: sürücülər çaşqın vəziyyətdə

Quba şəhərində yol nişanlarının quraşdırılması zamanı yaranan qarışıqlıq hələ də davam edir.

Sürücülər Shimal.News-a müraciət edərək bildiriblər ki, əvvəl bəzi ərazilərdə eyni yol nişanları təkrar quraşdırılırdı. Hazırda isə yeni nişanların köhnə nişanların arxasında gizlədilməsi halları müşahidə olunur ki, bu da sürücülər üçün çaşqınlıq yaradır.

Belə hallardan biri Həsən Əliyev küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Daha əvvəl burada "Stop" nişanı ilə yanaşı yük avtomobillərinin hərəkətini qadağan edən nişan mövcud idi. Hazırda isə yük avtomobilləri üçün qadağanedici nişan saxlanılıb, onun arxasında isə "Stop" və məcburi sağa hərəkət nişanları yerləşdirilib. Bu dəyişiklikdən əvvəl sürücülər sola — ASAN Xidmət istiqamətində hərəkət edə bilirdilər.

Sürücülərin sözlərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilən bu yenilənmələr çaşqınlıq, vaxt itkisi və cərimələnmə riskini artırır.

Qeyd edək ki, bir müddət əvvəl AYNA Bakı–Şamaxı avtomobil yolunda təkrarlanan nişanlarla bağlı məsələyə aydınlıq gətirmişdi. Qurumdan bildirilib ki, yol nişanlarının quraşdırılması və sökülməsi müxtəlif qruplar tərəfindən icra edildiyi üçün bəzi ərazilərdə proses zamanı müvəqqəti təkrarlanma halları yarana bilər.

Son xəbərlər

Cəmiyyət
Dünən, 20:00

Ramazan ayının 22-ci gününün imsak, iftar və namaz vaxtları

Cəmiyyət
Dünən, 18:00

Sabah Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 17:07

Çala-çuxurlu Qəçrəş yolu

İqtisadiyyat
Dünən, 16:10

Qaxda fındıq bağları damcı-damcı suvarılır

Cəmiyyət
Dünən, 15:10

Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi dəstəklənib

İdman
Dünən, 14:14

"Şamaxı" yeni futbolçu transfer edib

Cəmiyyət
Dünən, 13:27

IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib

Cəmiyyət
Dünən, 12:30

Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 11:40

Balakəndə 200 məktəbli velosiped yarışına qatılıb

Hadisə
Dünən, 10:58

Ödənişli yolda faciə: Ölən də naməlumdur, vuran da

Cəmiyyət
Dünən, 10:30

Qubalı şəhidin doğum günüdür

Cəmiyyət
Dünən, 09:27

Qubanın bu kəndlərinin adları dəyişdiriləcək

Cəmiyyət
10 mart 2026, 20:00

Ramazan ayının 21-ci gününün imsak, iftar və namaz vaxtları

İqtisadiyyat
10 mart 2026, 17:45

1500 tibb işçisi maaş gözləyir: Quba RMX-də nə baş verir?

Hadisə
10 mart 2026, 17:00

"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırıldı

Kriminal
10 mart 2026, 16:41

Balakəndə şadlıq sarayında qanlı dava – Ali Məhkəmədən qərar

İdman
10 mart 2026, 16:26

"Şahdağ Qusar" 6510 manat cərimələndi

Cəmiyyət
10 mart 2026, 15:54

Xaçmaz 2 saatdır işıqsız qalıb, işıqforlar da işləmir - VİDEO

Cəmiyyət
10 mart 2026, 14:50

Xudatda elektrik problemi: "4 stabilizatorum yandı"

Hadisə
10 mart 2026, 14:11

Xaçmazlı 8-ci sinif şagirdi VƏFAT ETDİ

Hadisə
10 mart 2026, 13:50

Ağsuda dələduzluq edən şəxs saxlanılıb

Hadisə
10 mart 2026, 13:10

Qubada 3 kiloqram marixuana müsadirə edildi

Kriminal
10 mart 2026, 12:22

Qubada 41 nəfəri müqaviləsiz işlədən direktor cəzalandırıldı

Faydalı
10 mart 2026, 11:32

Əsrlərin sənət ocağı – Lahıc qəsəbəsi

Oxşar xəbərlər