Qubada 3 ictimai iaşə obyekti cərimələnib. Bu barədə ShimalNews 25 avqust tarixində AQTA-ya istinadən məlumat verir.
15-19 avqust tarixlərində agentlik tərəfindən ölkə ərazisində keçirilən reyd zamanı 66 sahibkarlıq subyektində 52 müəssisədə nöqsanlar müəyyən olunub.
Obyektlərdə sanitar norma və qaydaların pozulması aşkar edilib:
- Ağatalıb Xəlilova məxsus, Qırız-Dəhnə kəndində yerləşən “Məstdərgah” restoranı;
- Xalid Fətullayeva məxsus, Küsnət-Qazma kəndində yerləşən “Şah Əsəri” restoranı;
- Murad İbrahimova məxsus, Qələdüz kəndində yerləşən restoran.
İaşə obyektləri barədə inzibati cərimə tətbiq olunub. “Məstdərgah” restoranı haqda isə, əlavə olaraq, məhsulların satışının qadağan edilməsi və iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.