Qubanın Qəcəzeyid kəndində yeni məscid inşa olunmaqdadır. Bu barədə ShimalNews 10 avqust tarixində məlumat verir.
Məsciddə artıq ilk azan verilib. Tikintinin tamamlanması üçün işlərin az qismi qalıb.
Sakinlərin sözlərinə görə, kənddə köhnə məscid olub, lakin o, yararsız hala düşmüşdür. Burada yaşayan insanların əməyi və maddi vəsaiti hesabına hazırda yeni, 2 mərtəbədən ibarət ibadət ocağı inşa olunur.