Qubada "Azərbaycan qadınının parlaq nümunəsi" mövzusunda tədbir keçirilib. Bu haqda ShimalNews 1 sentyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbir Vladimirovka kənd kitabxanasının təşkilatçılığı ilə keçirilib. Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar təşkil edilən mərasimdə kitabxana əməkdaşları və fəal oxucular iştirak ediblər. Tədbir zamanı uşaqlar görkəmli şairin yazdığı və ona həsr edilmiş qəzəlləri oxuyublar.