Qubada tikintidə bədbəxt hadisə baş verib. Bu barədə ShimalNews 6 sentyabr tarixində APA-ya istinadən xəbər verir.
Hadisə Amsar kəndində qeydə alınıb. 52 yaşlı Elman Süleymanov işləyən zaman üzərinə taxta konstruksiya aşıb. Usta yerindəcə dünyasını dəyişib.