Qubanın Alekseyevka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, “KİA” markalı avtomobil Quba-Xaçmaz yolunun yaxınlığındakı suvarma kanalına düşüb.
Hadisə yerində polis əməkdaşları cəlb olunub. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Sakinlərin sözlərinə görə, həmin ərazidə bu kimi qəzalar tez-tez baş verir. Bildirilir ki, əvvəllər orada kanalın üzərində beton plitələr olub, lakin yük avtomobillərinin ağırlığı nəticəsində plitələr qırılıb və kanalın üstü açıq qalıb.