Qubada ənənəvi yerdə yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, bu gün saat 13:25-də Heydər Əliyev prospektində (“Asan” Xidmətin qarşısında) “Hyundai” və “Toyota” markalı avtomobillər toqquşub.
“Bu ərazidə qəzalar çox olur. Sürücülər çaşbaş qalaraq diqqətsizliyə yol verirlər. Prospektlə hərəkət edən avtomobil uzun məsafəni geniş və əsas yol ilə gəlir və dairəyə çatanda elə hesab edir ki, üstünlük onundur. Halbuki dairəyə daxil olanda artıq yol verməlidir”, - deyə vətəndaşlar bildiriblər.