Quba şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Vaqif küçəsi ilə Tofiq Əhmədov küçəsinin kəsişməsində baş verib.
Shimal.News-un məlumatına görə, “Vaz” markalı avtomobil ilə “Opel” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi zərər dəyib.
Şahidlərin sözlərinə görə, qəzaya səbəb “Vaz” markalı avtomobilin sürücüsünün manevr qaydalarını pozması səbəb olub. Sürücü yol ayrıcını keçərkən sağ tərəfdən hərəkət edən “Opel” markalı avtomobilə üstünlük verməli olduğu halda, bu tələbi yerinə yetirməyib.
Hadisə zamanı “Opel” markalı avtomobilin qadın sürücü tərəfindən idarə olunduğu qeyd edilir. “Vaz” markalı avtomobildə isə iki nəfər olub.