Quba şəhərində bu gün səhər saatlarından etibarən qatı duman müşahidə edilir.
Shimal.News -un məlumatına görə, hava şəraitində baş verən dəyişikliklər nəticəsində temperatur kəskin şəkildə aşağı enərək +5 dərəcəyə qədər düşüb.
Qatı duman və məhdud görüntü şəraiti nəqliyyat vasitələrinin hərəkətinə ciddi təsir göstərib. Sürücülər yol şəraitini düzgün qiymətləndirə bilmədiklərindən, avtomobillərin sürəti əhəmiyyətli dərəcədə azalıb.
Şəhər sakinlərinə hava şəraitinə uyğun olaraq təhlükəsizlik tədbirlərinə riayət etmələri, sürəti azaltmaları və diqqətli olmaları tövsiyə edilir.
Meteoroloqların məlumatına görə, sabah hava şəraitinin daha da pisləşəcəyi ehtimalı var. Bu səbəbdən səyahətə çıxmadan öncə hava proqnozunu izləmək məsləhət görülür.