Köhnə Xaçmaz kəndində 50 yaşlı kənd sakini Laçın Abdulkərimovun meyiti aşkarlanıb.
Bizim.Media-nın məlumatına görə, hadisə ötən gün saat 11:00 radələrində qeydə alınıb.
Meyitin üzərində hər hansı zorakılıq əlaməti qeydə alınmayıb.
Hazırda faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd olunur ki, L.Abdulkərimov əvvəllər məhkum olunub.