Qubada qar yağması nəticəsində sürüşkən yol qəzaya səbəb olub.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər bildiriblər ki, hadisə gecə saatlarında baş verib.
Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində "Saipa" markalı avtomobil idarə etmədən çıxaraq aşıb.
"Damı üstə aşmışdı, sakinlərin köməyi ilə təkərlərin üzərinə qoyuldu. Xoşbəxtlikdən xəsarət alan olmayıb", - deyə məlumatda qeyd olunub.