Misli Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" və "Qəbələ" futbol komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Shimal.News xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan matç "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə bitib.
Qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.
Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. "Qəbələ" isə "Kəpəz"i 3:1 hesabı ilə üstələyib.