Qubada saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, qəza Qaraçay qəsəbəsi ərazisində baş verib. "İsuzu" markalı yük avtomobili idarəetməni itirib və aşıb.
Nəqliyyat vasitəsi yol hərəkəti iştirakçılarının köməyi ilə qaldırılıb. Bildirilir ki, xəsarət alan olmayıb.