Bu gün şəhid Elməddin Abdullayevin anası xəstəxanada ziyarət olunub. Bu barədə ShimalNews 23 avqust tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Qubanın icra başçısı Ziyəddin Əliyev və onun müavinləri, RİHB aparatının məsul şəxsləri, SHXÇDX-nin Quba rayon şöbəsinin rəisi, bir qrup şəhid ailəsi Mərkəzi Xəstəxanada olublar. Onlar burada müalicə alan Tahirə Abdullayevaya baş çəkiblər.
Qam-qam kənd sakini Elməddin Abdullayev Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. O, sentyabrın 30-da Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.