Quba rayonunun Alekseyevka kəndində çox istifadə edilən yolu su basıb.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər bildiriblər ki, bu hal məktəb qarşısında baş verib. Müəllimlər, şagirdlər və onların valideynləri üçün təhsil ocağına gediş-gəliş çətinləşib.
“Yolu keçmək üçün uzunboğaz çəkmə geyinmək lazımdır. Üstəlik bu yol da bərbad vəziyyətdədir və yük avtomobilləri buradan keçəndə sakinlərin üstünə su sıçrayır”, - deyə sakinlər bildiriblər.