Qubada mail dirək hasara söykənib. Bu barədə ShimalNews 22 avqust tarixində məlumat verir.
Belə ki, Fətəlixan küçəsində (köhnə məhkəmənin yanında) mövcud olan işıq dirəklərinin çoxu yanmır. Bir dirək isə artıq təməlindən qopub. Hazırda dirəyi hasar saxlayır.
“Küçəmizdə dirəklər var, yarısından çoxu işləmir. Qalan hissəsi isə təhlükəlidir. Biri divara söykənib, birinin altına daş düzüblər”, - deyə sakin bildirib.