Qubada bir sıra hotel əməkdaşları üçün təlim keçirilib. Bu barədə ShimalNews 26 avqust tarixində Quba Destinasiya Menecmenti Təşkilatına istinadən məlumat verir.
“Əsas həyat dəstəyi (BLS)/ Ürək-ağciyər reanimasiyası (CPR)” adlı təlim əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilib. İki hissədən ibarət olan təlimdə iştirakçılar nəzəri biliklərə yiyələnib, bundan sonra maketlər üzərində sınaqlar keçiriblər.
Təlim Quba Destinasiya Menecmenti Təşkilatı və Referans Quba Tibb Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.