Quba rayonunda Beynəlxalq Qiymətləndirmə Düşərgəsi təşkil olunacaq. Bu barədə ShimalNews 12 avqust tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ) istinadən məlumat verir.
Tədbir 24-26 avqust tarixlərində ARTİ və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Düşərgənin təşkil olunmasında əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunun anlaşılması, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdir.
Beləliklə, iştirakçılar Azərbaycanın qatıldığı beynəlxalq qiymətləndirmələr barədə daha ətraflı məlumat alacaqlar, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olacaqlar.