top
Qubada bağçada azyaşlıya qarşı zorakılıq iddiası – Təhsil İdarəsi cavab verdi
23 may 2025, 10:32
- +

Qubada bağçada azyaşlıya qarşı zorakılıq iddiası – Təhsil İdarəsi cavab verdi

Quba rayonu, Amsar kəndində yerləşən 11 saylı uşaq bağçasında tərbiyəçi tərəfindən azyaşlıya qarşı zorakılıq göstərilməsi ilə bağlı narazılıq yenidən gündəmə gəlib.

Shimal.News redaksiyasına daxil olan şikayətdə valideyn iddia edir ki, 2023-cü ilin dekabr ayında övladı yemək yemədiyi üçün bağçanın əməkdaşı tərəfindən zorakılığa məruz qalıb. Onun sözlərinə görə, tərbiyəçi uşağın ağzını maşa ilə yandırıb.

Valideyn bildirir ki, hadisədən dərhal sonra müvafiq təhsil qurumlarına müraciət edib, lakin cavab əvəzinə təzyiqlərlə üzləşib. İddia olunur ki, məsələni araşdırmaq əvəzinə, şikayəti geri götürməyə sövq edilib.

Şikayətçinin sözlərinə görə, hadisədən xeyli vaxt keçsə də, həmin əməkdaş – dayə Ülkər Şıxəmirova hələ də bağçada fəaliyyətini davam etdirir. Valideyn əlavə edir ki, bu ilin aprelində bağçaya növbəti səfərində də həmin şəxslə qarşılaşıb və yenidən etikadan kənar münasibətlə üzləşib.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Shimal.News-a göndərdiyi rəsmi cavabda bildirilir ki, yayılan görüntülər və iddia olunan hadisə 2023-cü ilə aiddir. Valideynin müraciəti əsasında aparılan araşdırma zamanı zorakılıq faktı təsdiqini tapmayıb və bu barədə valideynə rəsmi məlumat verilib.

Qurum qeyd edir ki, yaxın zamanda valideynlə sözügedən dayə arasında yenidən mübahisə baş verib. Müəssisə rəhbərliyi tərəfindən dayəyə əmək funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə görə yazılı xəbərdarlıq olunub.

Təhsil İdarəsi onu da əlavə edib ki, məktəbəqədər təhsil müəssisələrində azyaşlıların sağlamlığı və təhlükəsizliyi nəzarətdə saxlanılır, müraciətlərə operativ və həssas yanaşılır, araşdırmalar zamanı aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

 

 

 

Son xəbərlər

İdman
Dünən, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
Dünən, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
Dünən, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
Dünən, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
Dünən, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
Dünən, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
Dünən, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
Dünən, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
Dünən, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
Dünən, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
Dünən, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
Dünən, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Cəmiyyət
14 sentyabr 2026, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
14 sentyabr 2026, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
14 sentyabr 2026, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
14 sentyabr 2026, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
14 sentyabr 2026, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
14 sentyabr 2026, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
14 sentyabr 2026, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
14 sentyabr 2026, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
14 sentyabr 2026, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
14 sentyabr 2026, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
14 sentyabr 2026, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Oxşar xəbərlər