Qubada ayı arı təsərrüfatına hücum edib. Bu barədə ShimalNews 6 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Quba şəhər sakini İftixar İsmayılov Haputlu kəndi ərazisində 70 arı yeşiyi saxlayır. Ayı onların 3-nü dağıdaraq pətəkdəki balları yeyib.
Son illər bənzər hadisələr Cek kəndi ərazisində dəfələrlə qeydə alınıb. Mütəxəssislərin fikrincə, bu davranış təbii bir haldır.
Qubada dağ arıçıları artıq arı yeşiklərinin mühafizəsini gücləndiriblər.