Sosial şəbəkələrdə Quba-Xaçmaz avtomobil yolu ilə bağlı müzakirələr aparılıb. Bu haqda ShimalNews 13 avqust tarixində məlumat verir.
Mövzu qırıq xəttlərin az, düz xəttin isə çox olması olub. İddialara cavab olaraq DİN Mətbuat Xidmətindən açıqlama verilib.
Bildirib ki, həmin yolda “Yol hərəkəti haqqında" qanuna uyğun olaraq nişanlanma aparılıb. Düz xəttin çox olması, yol çiyninin ensizliyi və iri gövdəli ağacların kanarlarda sıx olması ilə əlaqədardır.