Xaçmaz Gömrük İdarəsi tərəfindən ağacəkmə aksiyası keçirilib. Bu haqda ShimalNews 11 may tarixində xəbər verir.
Tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunub. Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində, Quba-Xaçmaz yolunun kənarındakı 4 sot sahədə Eldar şamı ağacları əkilib.