Yay tətili müddətində təhsil işçiləri biliklərini artırmağa davam edirlər. Bu barədə ShimalNews 3 avqust tarixində məlumat verir.
Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən üm
umi təhsil müəssisələrinin rəhbərləri üçün təlimlərə start verilir.
İştirakçılar təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri, əmək qanunvericiliyi və onun icrası, müasir idarəetmə bacarıqları, ümumi dünyagörüşü, liderlik və şəxsi keyfiyyətlərlə bağlı məsələlərlə yaxından tanış olacaqlar.