Quba-Xaçmaz iqtisadi zonasında yağıntıların olması alma bağlarının məhsuldarlığına müsbət təsir edib. Bu barədə ShimalNews 30 avqust tarixində Dünya TV-yə istinadən məlumat verir.
Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Mədət Qurbanov artıq sentyabr ayının əvvəllərindən məhsul yığımına başlanılacağını deyib.
O, eləcə də məhsul yığımı zamanı fermerlərin diqqət etməli olduğu məqamlardan danışıb:
“Meyvə yığımı səliqəli getməlidir. Yəni bu zaman tumurcuqların zədələnməməsinə fikir vermək lazımdır. Çünki bu, növbəti ilin bəhəridir. Yığım zamanı plastmas qablardan istifadə olunmalıdır. Belə vedrələrdə aparılan meyvə əzilmir. Və sonra yeşiklərə və yaxud konteynerlərə qoyularaq saxlama yerlərinə aparıb qoymaq lazımdır”.