Şimal bölgəsinin yüksək dağlıq ərazilərinə qar yağıb. Bu haqda ShimalNews 7 noyabr tarixində xəbər verir.
Bölgədə hava şəraiti kəskin dəyişib. Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.
Ən çox yağıntı Qrız kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 11 sm-ə çatıb, temperatur isə mənfi 6 dərəcəyədək enib.
[caption id="attachment_30667" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]