Professor İmaməddiin Əmiraslan Quba Tarix-Diyarşünaslıq Muzeyinin qonağı olub. Bu barədə ShimalNews 31 avqust tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi istinadən məlumat verir.
Fizika elmləri doktoru, professor İmaməddiin Əmiraslan muzey əməkdaşları ilə maraqlı görüş keçirib. Görüş zamanı alim Tayvan EA Molekulyar Biologiya İnstitutunda qeyri-üzvi birləşmələrin və zülalların rentgen quruluş analizi sahəsində çalışmasından, dəfələrlə xarici ölkələrdə elmi-tədqiqat mərkəzlərində fəaliyyətindən danışıb.
Azərbaycan Dövlət Mükafatı ilə təltif edilən professor ingilis dilində yazdığı "Azerbaijani Tessellations" adlı kitabını muzeyə hədiyyə edib.