Quba şəhərində, Heydər Əliyev prospektində yanğın baş verib. Bu barədə ShimalNews 22 avqust tarixində məlumat verir.
Hadisə ötən gün saat 11:30 radələrində “MTS” adlanan ərazinin həyətində qeydə alınıb. Burada atılan zibillər, kol-koslar alışıb.
Əraziyə FHN-in bir avtomobili cəlb edilib. Yanğın xilasedicilər tərəfindən söndürülüb.
Hadisə şahidlərinin sözlərinə görə, MTS-in həyətində avtomobil təmiri məntəqələri olduğundan, ətrafa plastik detallar, plastik yağ butulkaları və digər əşyalar tullanılır. Yanğın zibillikdən başlayıb və kolluqlara keçib.
Alov söndürüləndən sonra, əraziyə texnika cəlb olunub, kol-kos təmizlənib.
[caption id="attachment_22830" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_22829" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_22828" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]