Qubada elektrik xəttində qısaqapanma baş verib. Bu barədə ShimalNews 17 avqust tarixində məlumat verir.
Hadisə Heydər Əliyev prospektində (“Qafqaz Oil” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz) qeydə alınıb. Burada 10 kV-lik transformatorda və oradan çıxan qısaqapanma baş verib. Həmin xətlər yaşayış evləri üçün nəzərdə tutulub.
Hal-hazırda “Azərişıq” ASC-nin əməkdaşları hadisə yerinə cəlb ediliblər.
[caption id="attachment_22633" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]